Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş

Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş

Bu gün səhər saatlarında Abşeron Rayon Mərkəzi Xəstəxanasında Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürücü vəzifəsində çalışan əməkdaş direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib.

Bununla bağlı TƏBİB “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib.

“Hadisə zamanı xəsarət alan direktorun inzibati işlər üzrə müavininə dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, sürücünün əmək intizamı qaydalarını pozması halları müşahidə olunub. Bu hallar ilə bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilib”, - açıqlamada deyilir.

Mənbə: qafqazinfo.az