Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Çerniqov vilayətinin Priluki şəhərində yaşayış binasına endirdiyi zərbə nəticəsində 4 uşağın öldüyünü açıqlayıb.
Globalinfo.az-a istinadla xəbər verilir ki, Zelenski ölən uşaqlardan üçünün cəmi bir yaşında, digərinin isə 8 yaşında olduğunu deyib.
Ümumilikdə 18 nəfərin öldüyü bildirilir.
Onlarla insan yaralanıb, onların arasında 7 uşaq da var.
Xilasedicilər dağıntılar altında axtarışları davam etdirir. Zelenski hücumu qəsdən törədilən terror aktı kimi qiymətləndirib.
Mənbə: www.bakupost.az