Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında yük gəmisinin dron hücumuna məruz qalması ilə Azərbaycan vətəndaşı həlak olub.
Azərbaycan Televiziyasına (AzTV) istinadən xəbər verilir ki, hücum nəticəsində gəminin kapitanı, 1974-cü il təvəllüdlü Rüstəm İsmayıl oğlu Həsənov həyatını itirib.
Digər Azərbaycan vətəndaşı, 2002-ci il təvəllüdlü Məhəmməd Həmzə oğlu Süleymanzadə isə itkin düşüb. Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Hadisədən bir gün əvvəl isə Rüstəm Həsənov ailəsinə gəminin artıq dənizə çıxdığını və İtaliyaya yük apardığını bildirib. O, səfərdən qayıtdıqdan sonra evə dönəcəyini söyləyib.
Lakin ertəsi gün ailə faciəli xəbər alıb. Mərhumun atası bildirir ki, hadisə barədə məlumat saat 11 radələrində yayılıb.
Mənbə: oxu.az