Ötən həftə işdən çıxarılmışdı, həbs edildi

Ötən həftə işdən çıxarılmışdı, həbs edildi

Qazaxıstan Hərbi-Dəniz Qüvvələrinin keçmiş baş komandanı Kanat Niyazbekov həbs edilib.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, sabiq baş komandan Xəzər dənizində təlim zamanı hərbçilərin həlak olması işi üzrə tutulub.

O, ötən həftə ölkə Prezidenti Kasım-Jomart Tokayevin Sərəncamı ilə vəzifəsindən azad edilmişdi.

Xatırladaq ki, hadisə sentyabrın 24-də baş verib. 500-dən çox hərbçinin iştirak etdiyi təlim zamanı hava şəraitinin qəfil pisləşməsi nəticəsində 17 nəfəri dalğa aparıb. Onlardan yalnız üçünü xilas etmək mümkün olub.

Hadisədən sonra ölkənin Müdafiə Nazirliyində kadr dəyişikliyi aparılıb. Kasım-Jomart Tokayev hadisə ilə bağlı bütün təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Mənbə: qafqazinfo.az