Bakının Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının çıxışında yolda çökmə baş verib.
Bu barədə ərazidə yaşayan sakinlər məlumat veriblər.
Sakinlərdən biri yolun çökməsi ilə bağlı görüntüləri redaksiyamıza göndərərək aidiyyəti qurumlar tərəfindən tədbir görülməsini istəyib:
“Yol çöküb, düz yanında da insanlar toplu şəkildə dayanıb avtobus gözləyir. Xahiş edirəm, bir faciə baş vermədən yolu bərpa etsinlər”.
Məsələ ilə bağlı “Bakupost” Nəsimi Rayon İcra Hakimiyyətinə sorğu göndərib. Sorğudan sonra ərazinin dəqiq ünvanı müəyyənləşdirilib və yolun bərpası üçün tədbir görülüb. İcra hakimiyyətindən redaksiyamıza bununla bağlı foto da təqdim edilib.
Lalə Novruz, BakuPost


Mənbə: www.bakupost.az