Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin - Fotosu

Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin - Fotosu

Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyə bayraqlı “Royad Məmmədov” yük gəmisinin PUA hücumuna məruz qalması nəticəsində həlak olan digər azərbaycanlı dənizçinin də kimliyi müəyyənləşib.

Oxu.Az-a istinadən xəbər verilir ki, həlak olan digər dənizçi Məhəmməd adlı şəxsdir.

Onun fotosunu təqdim edirik:

Xatırladaq ki, hücum nəticəsində gəminin kapitanı və aşpazı həlak olub. Kapitanın adının Rüstəm olduğu bildirilir.

Hadisə zamanı xəsarət alan heyət üzvlərindən 8-i hazırda xəstəxanada müalicə olunur. Digər heyət üzvləri isə ilkin tibbi müayinədən sonra xəstəxanadan buraxılıblar.

Mənbə: qafqazinfo.az