Ermənistanda sərnişinləri belə daşıyırlar – “5 dəqiqə otursan, onurğan dağılır” - VİDEO

Ermənistanda sərnişinləri belə daşıyırlar – “5 dəqiqə otursan, onurğan dağılır” -

Azərbaycanlı bloqer Kamran Razmovar Ermənistanda dəmir yolu vaqonlarının vəziyyətini əks etdirən video paylaşıb.

Bloqerin paylaşdığı görüntülərdə İrəvan dəmir yolu vağzalında sərnişin vaqonlarının vəziyyəti tənqid olunur.

Vağzaldakı köhnə qatarı lentə alan şəxs vaqonların sərnişin daşınması üçün yararsız vəziyyətdə olduğunu bildirib: “Bu vaqonlarda hətta kartof da daşımaq olmaz. Amma sərnişin daşıyırlar. Burada 5 dəqiqədən çox otursan, artıq onurğan dağılır”.


Paylaşımda həmçinin Ermənistan dəmir yollarının Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin idarəçiliyində olduğu iddia edilir.

Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Sözügedən videonu təqdim edirik:



Mənbə: bizim.media