Bakıda məktəbin qarşısında faciə: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında faciə:   18 yaşlı gənc öldürüldü

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı gənc oğlan bıçaqlanaraq qətlə yetirilib.

Hadisə 56 nömrəli məktəbin qarşısında baş verib.

Əraziyə polis əməkdaşları cəlb olunub.
TƏBİB-dən bildirilib ki, oktyabrın 4-də saat 21:25 -də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonundan çağırış qeydə alınıb:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeyd alınıb".

Mənbə: www.bakupost.az