Göyçayda yağan güclü yağış bir sıra fəsadlar törədib.
Səhər saatlarından yağmağa başlayan aramsız yağış rayonun Məhəmməd Əmin Rəsulzadə küçəsində olan irigövdəli şam ağacını yola aşırıb.
Hadisə nəticəsində avtomobillərin və piyadaların hərəkəti çətinləşib.
Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub. Yaranmış fəsadın aradan qaldırılması istiqamətində işlər aparılır.

Bizim.Media, Aran bürosu
Mənbə: bizim.media