Nicat Azadlının xanımından ağır ittihamlar - “Övladımı bətnimdə öldürdü...” - Video/Foto

Nicat Azadlının xanımından ağır ittihamlar - “Övladımı bətnimdə öldürdü...” -

Rəqqas Nicat Azadlının həyat yoldaşı Ş.Azadlı onu zorakılıqda ittiham edir.

Qadın bununla bağlı video paylaşıb.

Övladının adına olan “Instagram” hesabında paylaşım edən Ş.Azadlı Nicat Azadlı tərəfindən dəfələrlə fiziki zorakılığa məruz qaldığını iddia edib.

O, paylaşımında Nicat Azadlının onu və ailəsini uzun müddət müxtəlif formalarda təzyiq altında saxladığını, dəfələrlə döydüyünü və təhqir etdiyini bildirib.

“Hamının yaxşı bildiyi Nicat Azadlı öz ailəsinə qarşı niyə yaxşı olmadı? Hamının vicdanlı bildiyi Nicat rəqqas öz uşağının həyatına şiddət göstərərək dünyaya gəlməyinin qarşısını aldı, onu öldürdü. Vəhşicəsinə hər gün döydü.

Atası hər dəfə ona yol göstərərək “Get onu öldür, gir türməyə, keç 30.000-40.000-dən sonra qurtul” deyirdi.

Anası öz övladı Nicata “Raul hələ dünyaya gəlməmiş getsin rədd eləsin, bizə o uşaq lazım deyil, istəmirik” deyib. Səs yazısı da hazırda var.

Bütün verdiyi zülmlərə susuldu. Şəkillərlə, sübutlarla, səs yazmaları, videolarla polisə müraciət elədim. İş məhkəməyə getdi, amma mənim ölən övladımın haqqı 1500 AZN cəriməyə dəyişildi Bu günkü gündə təkbaşına baxdığım, böyütdüyüm övladımın uşaqkən aldığı bütün travmalar 1500 AZN dəyərindədir?

Mənə olunmuş, anası, atası, bacısı, özü tərəfindən olunan təhqirlər, tənqidlər, bacısının üstümə hücum çəkib məni döyməyə cəhd eləməsi, məni alçaltmaları 1500 AZN məbləğ dəyərindədir?

Xahiş edirəm, mənim də, Raulumun da yaşadığımız bu qorxunc günlərə susmayın. Sizə yalvarıram.”

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli bildirib ki, hadisə bu ilin yanvarın 31-də Suraxanı rayonu, Binə qəsəbəsində ailə münaqişəsi zəminində baş verib: “Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb, toplanmış materiallar əsasında cinayət işi başlanılıb. Araşdırmalarla N.Azadlının həyat yoldaşı Ş.Azadlıya fiziki zor tətbiq edərək xəsarət yetirdiyi müəyyən olunub. N.Azadlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq ittiham aktı ilə məhkəməyə göndərilib”.

Mənbə: olke.az