Türkiyədə azərbaycanlı sürücünün yük avtomobili aşıb

Türkiyədə azərbaycanlı sürücünün yük avtomobili aşıb

Türkiyədə azərbaycanlı sürücünün iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Haberler”ə istinadən xəbər verilir ki, hadisə Düzce şəhərində qeydə alınıb.

Belə ki, Azərbaycan vətəndaşı Anar Y. Adlı şəxsin Ankara istiqamətində idarə etdiyi yük avtomobili aşıb.

İlkin məlumata görə, ətir daşınan yük avtomobilinin aşmasına səbəb sürücünün idarəetməni itirməsi olub.

Qəza zamanı sürücü yüngül xəsarət alıb.

Mənbə: qafqazinfo.az