Gəncədə məktəblərin birində zəhərlənmə hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, zəhərlənən 5 şagird Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yolxucu Xəstəliklər Şöbəsinə çatdırılıb.
İlkin məlumata görə, S. Abbasova (2017), R. Tağıyeva (2017), R. Kazımova (2017), D. Əliyeva (2017), N. Quliyeva (2017) məktəblilər şirniyyatdan zəhərləniblər.
Şirniyyat isə təhsil ocağının bufetindən alınıb.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
Mənbə: qafqazinfo.az