Dünən saat 13:10 radələrində 1981-ci il təvəllüdlü şəxs (qadın) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumata görə, pasiyentə sağ əlin əziyi və sıyrılmış yarası diaqnozu təyin edilib.
"Zəruri tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb", - məlumatda bildirilib.
Qeyd edək ki, Ağstafada Əmirxan Hüseynov adına 1 nömrəli məktəbdə müəllimlər arasında insident baş verib. Dərs bölgüsü üstündə müəllimin biri digərinə xəsarətlər yetirərək xəstəxanalıq edib.
Mənbə: bizim.media