Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı

Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı

Goranboy rayonunda 17 yaşlı oğlanın meyiti yaşadığı evdə tapılıb.

Hadisə rayonun Aşağı Ağcakənd kəndinə baş verib.

2009-cu il təvəllüdlü Q.M. yaşadığı evdə vəfat edib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb. (Qafqazinfo.az)

Bizim.Media

Mənbə: bizim.media