Sumqayıtda yük maşınının vurduğu piyada VƏFAT ETDİ

Sumqayıtda yük maşınının vurduğu piyada

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Quba avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Ceyhun Niftəliyevin sükanı arxasında olduğu "Mercedes Atego" markalı yük avtomobili 1973-cü il təvəllüdlü Qəhrəman Həmidovu vurub.


Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. (Report.az)

Mənbə: bizim.media