Azərbaycanın tanınmış iqtisadçı-eksperti Pərviz Heydərov vəfat edib.
Bu barədə Oxu.az-a iqtisadçı-ekspertin yaxınları məlumat veriblər.
Pərviz Heydərov 54 yaşında pnevmoniya səbəbi ilə dünyasını dəyişib.
Qeyd edək ki, Pərviz Heydərov uzun illər ərzində Azərbaycanda iqtisadi proseslər, maliyyə və sosial-iqtisadi məsələlərlə bağlı açıqlamaları və analitik şərhləri ilə tanınıb.
Mənbə: www.bakupost.az