Kiyevin mərkəzində güclü partlayış baş verib.
Bu barədə “Financial Times Ukrayna”nın müxbiri Kristofer Miller özünün “X” sosial media səhifəsində məlumat verib.
Jurnalist yazır ki, "Kiyevin mərkəzindəki hədəfə hücum edilib. Güclü partlayış baş verib, paytaxtın üzərində qara tüstü qalxıb".
"Strana.ua" nəşri bildirir ki, Kiyev sakinləri yanğını Qızıl Qapı abidəsi istiqamətində görə bilirlər. Ukraynalı jurnalistlər də paytaxtın mərkəzində genişmiqyaslı yanğın barədə məlumat verirlər.
Müəllif: Tural
Mənbə: publika.az