Xəbər verdiyimiz kimi, "Xural TV"nin rəhbəri, jurnalist Əvəz Zeynallı vəfat edib.
TƏBİB-dən bildirilib ki, sentyabrın 28-də saat 11:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, S.Mənsur küçəsi 63B ünvanından Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
"Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb".
Mənbə: www.bakupost.az