Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak oldu

Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak oldu

Ukrayna paytaxtı Kiyevdə dron hücumları zamanı azərbaycanlı həlak olub.

Ölən şəxs 71 yaşlı Ukrayna vətəndaşı Əkbərov Aşur Bəhlul oğludur.

Əslən Azərbaycanın Lənkəran rayonundan olan A. Əkbərov Kiyevin Vişnevka rayonunda yaşayıb. Sentyabrın 27-si səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən yolda Rusiya ordusunun dron hücumuna tuş gəlib, yerindəcə keçinib./Report


Mənbə: yenisabah.az