Naxçıvanda maşın aşdı, ölən var - Foto

Naxçıvanda maşın aşdı, ölən var - Foto

Naxçıvanın Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Naxçıvan-Sədərək magistralının rayonun Xok kəndi ərazisindən keçən hissəsində “Renault Logan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə, sürücü 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: qafqazinfo.az