Ukrayna naməlum infeksiya ilə bağlı həyəcan təbili çalır

Ukrayna naməlum infeksiya ilə bağlı həyəcan təbili çalır

Ukraynada yeni naməlum infeksiya qeydə alınıb.

Bu barədə “INSIDER.UA” “Telegram” kanalı yazıb.

“Dərhal COVID və ya qrip kimi müəyyən edilməsi mümkün olmayan infeksiyanın yayılması barədə məlumat verilir”, – deyə paylaşımda bildirilir.

Vurğulanıb ki, infeksiya yüksək hərarət, güclü burun tutulması və zəiflik ilə xarakterizə olunur, həmçinin öskürək də ola bilər.

Hüseyn İbadlı

Mənbə: publika.az