Qətərin mayeləşdirilmiş təbii qaz tankerlərinin Hörmüz boğazından keçidi son iki aydan çox müddətin ən yüksək səviyyəsinə çatıb.
Ötən həftə ən azı iki yüklü “LNG” tankeri Hörmüz boğazından çıxıb, daha iki tanker isə əks istiqamətdə hərəkət edərək Fars körfəzinə daxil olub.
Hörmüz boğazından keçən “LNG” daşımalarının artması qlobal qaz təchizatındakı çətinlikləri müəyyən qədər azalda bilər. Lakin tanker hərəkəti hələ də münaqişədən əvvəlki vaxtla nisbətdə xeyli aşağıdır.
Vüsalə Hüseynova
Mənbə: www.bakupost.az