Qaradağ rayonunda yerləşən "Qobu Park-2" yaşayış massivinin sakinləri ciddi su problemi ilə üzləşiblər.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Sakinlərin sözlərinə görə, massivdəki bina 19-da iki gündür suyun verilişi dayandırılıb. Yalnız gecə saatlarında təxminən bir saat müddətində su verilir. Bu isə əhalinin gündəlik tələbatını qarşılamağa yetmir.
Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirilib ki, həmin ərazidə qəza var:
"Bu səbəbdən su fasilə ilə verilir. Hazırda təmir işləri görülür. Axşam saatlarına qədər işlər yekunlaşdırılacaq, suyun verilməsi əvvəlki rejimlə bərpa ediləcək".
Mənbə: oxu.az