Qarşıdakı günlərdə maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Qarşıdakı günlərdə maqnit qasırğası gözlənilir -

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (REA KTİ) Günəş Astronomiyası Laboratoriyasının alimləri payızın ikinci maqnit qasırğasının sentyabrın 24-də gözlənildiyini açıqlayıblar.

Bu barədə laboratoriyanın "Telegram" kanalında məlumat verilib.

Bildirilib ki, maqnit qasırğası Günəşin cənub qütbündən ekvatoruna doğru tünd zolaq şəklində uzanan kifayət qədər böyük bir tac dəliyi (koronal dəlik) ilə bağlıdır və o, bir günlük ruzgarla ekvatorial kənarı ilə Yer kürəsinə toxunacaq.


Qeyd edək ki, sentyabrın 8-də Yerdə payızın ilk maqnit qasırğası başlayıb. Bundan bir neçə gün əvvəl planetə doğru plazma buludu atılmışdı.

Günəşdən gələn plazma sentyabrın 7-si günorta saatlarında Yerə çataraq uzunmüddətli geomaqnit təlatümlərinə səbəb olmuşdu.

Mənbə: bizim.media