Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi – VİDEO

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi –

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 83 əcnəbini ölkədən deportasiya edib.

Bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında məlumat verilib.

Bildirilib ki, müvafiq tədbirlərlə Azərbaycan, Türkmənistan, Türkiyə, Rusiya, Efiopiya, Misir, İraq, Hindistan, Burundi, Pakistan, Keniya, Bolqarıstan, Banqladeş, İordaniya, Nigeriya, Ermənistan, Özbəkistan, Çin və digər dövlətlərin vətəndaşları ölkədən çıxarılıblar.

Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.

DİN-dən bildirilib ki, ölkədə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə intensiv rejimdə davam etdirilir. Ən son statistik məlumatlara əsasən, təkcə cari il ərzində Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən 3 mindən çox şəxs artıq ölkədən çıxarılıb.


Mənbə: bizim.media