Bakı şəhəri, Nizami rayonu, C. Naxçıvanski küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki. dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
“Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 95 m² olan dördotaqlı mənzilin mətbəxinin və eyvanının yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb”, – deyə məlumatda qeyd edilib.
Mənbə: qafqazinfo.az