Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu və Yusifcanlı kəndləri istiqamətində açıq ərazidə yanğın başlayıb.
Yanğın minalanmış ərazidə qeydə alınıb. Hadisə nəticəsində ərazidə alov və güclü tüstü müşahidə olunur.
Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən briqadanın cəlb olunduğu bildirilir.
Bizim.Media
Mənbə: bizim.media