Sərxoş vəziyyətdə avtomobil sürən nazir vəzifəsindən azad edildi

Sərxoş vəziyyətdə avtomobil sürən nazir vəzifəsindən azad edildi

Latviyanın rifah naziri Reynis Uzulnieks sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə vəzifəsindən kənarlaşdırılıb.

"Unikal" xəbər verir ki, polis naziri bir gün əvvəl saxlayıb. Onun qanında alkoqol miqdarı 3,5 ppm olub.

Uzulnieks hazırda Riqanın Qaujas küçəsindəki müvəqqəti saxlama mərkəzində saxlanılır. Onun telefonu söndürülüb. Nazirin üzvü olduğu Yaşıllar və Fermerlər Birliyi (ZZS) onu partiyadan xaric etmək qərarına gəlib. Uldis Auqulis müvəqqəti olaraq rifah naziri vəzifəsini icra edəcək.


Mənbə: unikal.az