Mingəçevirdə binada yanğın - Zəhərlənənlər var-Video-Foto

Mingəçevirdə binada yanğın -

Mingəçevirdə çoxmənzilli yaşayış binasında yanğın baş verib.

Hadisə məcburi köçkünlərin kompakt məskunlaşdığı 2-ci çoxmənzilli qəsəbədə, 11 saylı binada qeydə alınıb.

Yanğın zamanı bina sakinləri Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən təxliyə edilib.

İlkin məlumata görə, bir neçə sakin tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Hazırda ərazidə “Azəriqaz” və Dövlət Su Agentliyinin əməkdaşları da fəaliyyət göstərirlər.

İlkin ehtimala görə, yanğın binanın elektrik naqillərinin keçdiyi şaxtada başlayıb.

Hadisənin dəqiq səbəbləri və zəhərlənənlərin sayı araşdırılır.

Ziya Əmirxanlı


Mənbə: qafqazinfo.az