Quba–Atuc yolunda 2 minik avtomobili toqquşub.
Hadisə bu gün saat 19 radələrində baş verib.
Qəza nəticəsində ilkin məlumata görə, 3 nəfər xəsarət alıb. Toqquşan nəqliyyat vasitələri “Nissan” və “VAZ-2107” markalı minik avtomobilləridir.
Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.





Bizim.Media
Mənbə: bizim.media