Balaxanıda obyekt yanır

Balaxanıda obyekt yanır

Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verib.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Mənbə: qafqazinfo.az