Ağır qəzada həlak olan şəxs lisey müəllimi imiş

Ağır qəzada həlak olan şəxs lisey müəllimi imiş

Xəbər verdiyimiz kimi, Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Əldə edilən məlumata görə, ağır qəzada həlak olan 1962-ci il təvəllüdlü Seymur Kərimov rayonda tanınmış müəllimlərdən olub.

O, uzun müddətdir Beyləqan şəhər Humanitar Fənlər Təmayüllü Liseyində gənclərin çağırışaqədərki hərbi hazırlıq müəllimi kimi fəaliyyət göstərirmiş.

Qeyd edək ki, hadisə vaxtı S.Kərimovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə “Ford” markalı maşın toqquşub. Nəticədə, Seymur Kərimov vəfat edib, qızı 1996-cı il təvəllüdlü Aytən Muradova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mənbə: qafqazinfo.az