Ağstafada 25 yaşlı gənc bıçaqlanıb

Ağstafada 25 yaşlı gənc bıçaqlanıb

Ağstafada bıçaqlanma hadisəsi olub.

Rayon sakini, 2001-ci il təvəllüdlü H.Sadıqov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ona dərhal yardım edildikdən sonra Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda H.Sadıqovun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

Faktla polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Mənbə: oxu.az