İspaniyada meteoroloji müşahidələr tarixində sentyabr ayı üçün mütləq temperatur rekordu qeydə alınıb. Sentyabrın 3-də Əndəlüs muxtar icmasının El-Qranado bələdiyyəsində termometrlər 45,7 dərəcəni göstərib.
Bu barədə "Aemet" meteorologiya agentliyi məlumat yayıb.
Qurumun məlumatına görə, bu rəqəm cari ildə ölkə ərazisində qeydə alınan ən yüksək göstərici olub. Bildirilib ki, havanın temperaturu 2016-cı ildə Montoro bələdiyyəsində qeydə alınmış tarixi sentyabr maksimumuna yenidən çatıb.
Bundan əvvəl ispaniyalı meteoroloqlar ölkədə 2026-cı ilin ilk yarısının son 65 ilin ən isti dövrü olduğunu bildirmişdilər. Cari ilin iyun ayı ikinci ən isti iyun, iyul isə 1961-ci ildən bəri aparılan müşahidələr tarixində ən isti və quraq ay kimi tarixə düşüb.
Mənbə: oxu.az