Almaniya polisi müəmmalı məktub aldı - Enerji obyektlərinə hücumları...

Almaniya polisi müəmmalı məktub aldı -

Almaniyanın hüquq-mühafizə orqanları Cənubi Brandenburqda enerji obyektlərinə qarşı təxribatların törədilməsi ilə bağlı etiraf məktubu alıblar.

Bu barədə yerli polis "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Turnov-Preylakda (Brandenburq torpağı - red.) baş verən hücuma görə müəllifin məsuliyyəti öz üzərinə götürdüyü məktub almışıq", - deyə idarənin açıqlamasında qeyd olunub.

Məktubda Berqhaymdakı insidentlərdən və Brandenburqdakı "Yenşvalde" İES-dən bəhs olunur. Məktubun müəllifi əməllərini qazıntı yanacağından əldə edilən enerjinin istifadəsinə etirazla izah edir.

Poçt ştampına əsasən, məktub Şimali Reyn-Vestfaliyadan göndərilib. Polis məktubu göndərən şəxsin enerji obyektlərinə hücumlarda iştirak edib-etmədiyini yoxlayır.

Qeyd edək ki, sentyabrın 3-də Almaniyanın Dormaqen şəhərindəki elektrik yarımstansiyasının yaxınlığında şübhəli əşya tapılıb. Onun partlayıcı maddə və ya buraxılış qurğusu olduğu ehtimal edilir.

Mənbə: oxu.az