“NASA” Mars missiyaları üçün yeni nəsil rabitə və naviqasiya şəbəkəsinin hazırlanmasını Jeff Bezosun “Blue Origin” şirkətinə həvalə edib.
Müqavilənin dəyəri 700 milyon dollara qədər olacaq. Şəbəkə Marsa göndəriləcək missiyalara yüksək sürətli rabitə və naviqasiya xidməti göstərəcək.
“NASA” peykin ən gec 31 dekabr 2028-ci ilə qədər hazır olmasını tələb edib. Şəbəkənin 2030-cu il ətrafında fəaliyyətə başlaması planlaşdırılır.
Layihə “Blue Origin”in fəaliyyətini raket və kosmik uçuşlardan kosmik infrastruktur sahəsinə genişləndirməsi baxımından da əhəmiyyət daşıyır.
Vüsalə Hüseynova
Mənbə: www.bakupost.az