Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Quba yolunun Xaçmaz rayonundan keçən hissəsində baş verib.
Ödənişli yolda sürücü "BMW X6" markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişin, 2002-ci il təvəllüdlü Eltun Əskərov ölüb, avtomobildə olan beş nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: oxu.az