Nepaldakı fəlakətdə ölü sayı durmadan artır

Nepaldakı fəlakətdə ölü sayı durmadan artır

Nepalda torpaq sürüşməsi və daşqınlar nəticəsində ölənlərin sayı 900-ü keçib.

Bu barədə Milli Fəlakət Risklərinin Azaldılması İdarəsi məlumat yayıb.

Məlumata görə, 10.461 nəfər xilas edilib. Təxminən 4200 yerli sakin və turist hələ də itkin düşmüş hesab edilir. Ən azı 933 su elektrik stansiyası işçisi tunellərdə ilişib qalmış ola bilər.

Xatırladaq ki, 26 avqust səhəri Nepalda buz və qaya uçqunu nəticəsində Bhote Koşi çayının səviyyəsi kəskin şəkildə qalxıb. Fəlakət bir neçə kəndi, yolu və su elektrik stansiyasını dağıdıb. Sel həmçinin Çinin Tibet Muxtar Vilayətinin Gyirunq qraflığında sərhəd məntəqəsini də məhv edib.

Ağarza Elçinoğlu


Mənbə: unikal.az