Cəlilabad rayonunda fərdi yaşayış evi yanaraq tamamilə yararsız vəziyyətə düşüb.
Hadisə rayonun Qarğılı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Müslüm Əliyevə məxsus ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri cəlb olunub. Yanğının qarşısının alınması istiqamətində tədbirlər görülsə də, ev tamamilə yanıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: publika.az