Qusar rayonu Samur bələdiyyəsinin sədri cərimə olunub.
Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən bələdiyyə sədrinin barəsində İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə protokol tərtib edilib.
Protokola əsasən, Qusar rayonu Samur bələdiyyəsinin sədri bələdiyyənin iclas protokolunu qanunla müəyyən edilmiş 3 iş günü müddətində regional ədliyyə idarəsinə təqdim etməyib.
Qusar Rayon Məhkəməsinin qərarı ilə bələdiyyə sədri 400 manat cərimə olunub.
Qeyd edək ki, Qusar rayonu Samur bələdiyyəsinin sədri Ramazanov Nəmət Cavid oğludur.(Teleqraf)
Mənbə: unikal.az