Almaniyanın Brandenburq əyalətində yerləşən məktəblərdən birində silahlı hücum baş verib.
“Zeit” nəşrinə istinadən xəbər verilir ki, hadisə nəticəsində iki nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb.
Nəşr yazır ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Məlumata görə, qanlı hadisə zamanı bir kişi və bir qadın həyatını itirib. Hüquq-mühafizə orqanları ölənlərin şəxsiyyəti ilə bağlı hələ ki rəsmi təsdiq verməyib. Cinayətin törədilmə motivləri də hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: qafqazinfo.az