İtaliyada helikopter qəzası - Ölənlər var

İtaliyada helikopter qəzası - Ölənlər var

İtaliyanın şimalında helikopter qəzası baş verib.

Bu haqda “Quotidiano Piemontese” nəşri məlumat yayıb.

Qəza Verbano-Kuzio-Ossola əyalətindəki süni Kampliçoli gölü yaxınlığında olub.

Helikopterdə olan iki nəfər həyatını itirib.

Məlumata görə, həlak olanlar 60 yaşlı kişi və 63 yaşlı qadındır.

Mənbə: qafqazinfo.az