Elektron siqaret satan şəxs cərimələndi

Elektron siqaret satan şəxs cərimələndi

Sumqayıt şəhərində elektron qəlyan satışı ilə məşğul olan şəxs cərimə olunub.

Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən meyvə-tərəvəz dükanında qanunvericiliklə satışı qadağan olunmuş elektron siqaret satılması faktı müəyyən edilib.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən 61 ədəd elektron siqaret götürülüb.

Dükan sahibi Əli Səlimovun (ad-soyad şərti verilib – red.) barəsində İnzibati Xətalar Məcəlləsinin 212-1.2-ci maddəsi ilə protokol tərtib edilib.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Səlimov 350 manat cərimə edilib.

Həmçinin 61 sayda elektron qəlyan müsadirə edilib.

Mənbə: publika.az