Bakıda maşın 60 yaşlı qadını vuraraq öldürdü

Bakıda maşın 60 yaşlı qadını vuraraq öldürdü

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

1992-ci il təvəllüdlü Cəlilov Elvin Tofiq oğlu idarə etdiyi "Mercedes E 200" markalı, avtomobil ilə Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində 1966-cı il təvəllüdlü Nağıyeva Mehriban Bəşir qızını vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.


Mənbə: unikal.az