Bakıda “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yerləşən “Tikmat” inşaat şirkətinə məxsus çoxmərtəbəli yaşayış binasında güclü yanğın başlayıb.
Məlumata görə, bina sakinlərindən biri mənzildə olduğu halda evi yandırıb. Hazırda həmin şəxs xilas edilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğının söndürülməsi stiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
Mənbə: publika.az