Xalq artisti Şükufə Yusupovanı vuran sürücünün kimliyi məlum olub.
Oxu.Az-a istinadla xəbər verilir ki, hadisə ötən gün saat 18:00-da Həsən Seyidbəyli küçəsində baş verib.
Həsən Qorxmaz oğlu Hüseynli idarə etdiyi "Nissan Note" markalı 77-UD-238 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Xalq artisti Ş.Yusupovanı vurub.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Mənbə: www.bakupost.az