Hadisə rayonun Əhmədbəli kəndində qeydə alınıb.
Sürücü qarşısına çıxan manedən qorunmaq məqsədi ilə idarə etməni itirib və avtomobil qəza törədib.
Nəticədə 1976-cı il təvəllüdlü Anar Quliyev və onun oğlu 2002-ci il təvəllüdlü Murad Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Mənbə: publika.az