İsrailin Livanın cənubuna hücumlarında 3-ü uşaq olmaqla 7 nəfər ölüb

İsrailin Livanın cənubuna hücumlarında 3-ü uşaq olmaqla 7 nəfər ölüb

İsrailin Livanın cənubunda yerləşən Ənsar qəsəbəsinə hücumunda 7 nəfər ölüb.

Livan mediasının xəbərinə görə, İsrailin hava zərbələri qəsəbənin kənarında yaşayış evini hədəfə alıb, ölənlər arasında qadın və uşaqlar da var.

Üç nəfərin isə xəsarət aldığı bildirilib.

İsrail Müdafiə Qüvvələri (IDF) hücumun “Hizbullah” infrastrukturuna qarşı həyata keçirildiyini bildirib.

Mənbə: apa.az