İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
"Sinxua"ya istinadən xəbər verilir ki, bu barədə xilasetmə xidmətlərindən məlumat verilib.
Həmçinin, altı nəfərin xəsarət aldığı və iki nəfərin dağıntılar altında qaldığı bildirilib.
İndoneziyada qeydə alınan 7.7 maqnitudalı güclü zəlzələ nəticəsində beş nəfər həyatını itirib.
Oxu.Az-ın "The Straits Times" nəşrinə istinadən xəbərinə görə, Flores adasının şimal sahilləri boyunca, həmçinin cənub rayonları, adaları və bütün cənub bölgəsində yaşayan əhaliyə dərhal təxliyə olunmaq və sahil xəttindən uzaqlaşmaq tövsiyəsi verilib.
Zəlzələnin episentri təqribən 188 min nəfərin məskunlaşdığı Labuan-Baco şəhərindən 161 km şimal-şərq istiqamətində, 35 km dərinlikdə qeydə alınıb.
Güclü yeraltı təkanlarla bağlı sunami xəbərdarlığı elan olunub.
Mənbə: oxu.az