“Paşa Bank”da yeni kadr dəyişikliyi olub.
"Bakupost" “Yeni Sabah”a istinadla xəbər verir ki, bankın Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri və mətbuat katibi Əmir Məmmədov vəzifəsindən ayrılıb.
Ə.Məmmədov sözügedən vəzifəyə 2011-ci ildə təyin edilmişdi.
O, Böyük Britaniyanın London İctimaiyyətlə Əlaqələr Məktəbinin (London School of Public Relations) məzunudur və Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MQİMO) ixtisasartırma keçib.
Mənbə: www.bakupost.az